Koronavirusla mübarizədə Amerika ən böyük yalançıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359262-koronavirusla_mübarizədə_amerika_ən_böyük_yalançıdır
Livan Hizbullahının baş katibi dünən gecə bir çıxışda deyib: Koronavirusla mübarizədə dünyada ən böyük yalançı, Amerika prezidenti Donald Tramp və onun komandasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2020 09:15 Asia/Baku
  • Koronavirusla mübarizədə Amerika ən böyük yalançıdır

Livan Hizbullahının baş katibi dünən gecə bir çıxışda deyib: Koronavirusla mübarizədə dünyada ən böyük yalançı, Amerika prezidenti Donald Tramp və onun komandasıdır.

Seyyid Həsən Nəsrullah Amerika hökumətinin bu ölkədə koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayını gizlətməsinə toxunub. Deyib ki, Tramp və onun komandası koronavirus təhlükəsini və onun Amerikadakı nəticələrini azönəmli göstərməyə çalışırlar.

Livan Hizbullahının baş katibi amerikalı rəsmilərin Vaşinqtonun koronavirusla mübarizədə İrana köməyə hazır olmasına dair iddialarına da işarə edib. Bildirib ki, İranın koronavirusla mübarizədə Amerikanın köməyinə ehtiyacı yoxdur.

Nəsrullah əlavə edib: Amerikanın əməl etməli olduğu yeganə məsələ, bu ölkənin İrana qarşı zalımcasına sanksiyalarının ləğvidir.

Seyyid Həsən Nəsrullah sonra hamının İran və Çin daxil olmaqla koronavirusla mübarizədə olan ölkələrin təcrübələrindən istifadə etmələrini istəyib. O, deyib: Hər şəxsin şəri borcu budur ki, özünün və ailəsinin həyatını qorusun və bu borcdan boyun qaçıracaq hər bir şəxs böyük günahlardan birini etmiş olacaqdır.

Livan Hizbullahının baş katibi həmçinin Amerikanın cümə günü səhər iraqlı qüvvələrin mövqelərinə qarşı hava hücumuna işarə edib. Vurğulayıb ki, amerikalıların İraqdakı cinayəti cavabsız qalmayacaqdır.

ABŞ qırıcıları cümə günü səhər tezdən İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin və bu ölkə ordusunun Səlahəddin, Babil, Bəsrə və Kərbəla vilayətlərindəki bazalarını bombaladılar.

Bu hücumda İraqın təhlükəsizlik qüvvələrindən üç nəfər öldü, 7 nəfər də yaralandı.

İraqlı rəsmilər, qrup və şəxsiyyətlər cümə günü bu hücumu pislədi və Amerikanın bu hərəkətinin nəticələri haqda xəbərdarlıq etdilər.

İraq prezidenti Bərhəm Salih həmin hərəkəti ölkəsinin suverenliyinin pozulması adlandırdı. İraqın Xarici İşlər Nazirliyi də İngiltərə və Amerikanın Bağdaddakı səfirlərini çağırtdırdı.

KORONAVİRUSLA MÜBARİZƏDƏ ABŞ ƏN BÖYÜK YALANÇIDIR