İşğal olunmuş Fələstində koronavirus pandemiyası davam edir
İşğal olunmuş Fələstin ərazilərində koronavirus pandemiyasının davam etməsi/ hərəkətin məhdudlaşması, məktəblərin və bəzi peşələrin tətil olmasına səbəb olub.
Sionist rejimin təhlükəsizlik şurası dünən bir iclasda koronavirus pandemiyasına görə, işğal olunmuş Fələstin ərazilərində daha çox məhdudiyyətin tətbiq edilməsi məsələsini araşdırıb.
Sionist rejimin nazirlər kabineti qərar üzrə satış mərkəzlərinə müraciət edənlərə məhdudiyyət tətbiq etməklə yanaşı, bütün təhsil müəssisələrini və məktəbləri tətil etməli, həmçinin ictimai nəqliyyata əlçatmanı məhdudlaşdırmalıdır.
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxanların sayını 143 nəfər elan edib.
Belə bir halda, sionist rejimin mart ayının ortalarında keçirilməli olan hərbi təlim-məşqləri təxirə salınıbdır.
Bundan öncə sionist rejimin xarici işlər naziri Yisrael Katz şğal olunmuş Fələstin ərazilərində koronavirusun yayılacağı və Təl-Əvivin onu nəzarətə almağa qadir olmayacağı haqda xəbərdarlıq etmişdi.
İŞĞAL OLUNMUŞ FƏLƏSTİN ƏRAZİLƏRİNDƏ COVID-19 PANDEMİYASI