Səud koalisiyasının Yəmənə hücumları artıb
Səud koalisiyası ötən sutka ərzində yüz dəfədən çox İsveç razılaşmasını pozaraq, Yəmənin müxtəlif bölgələrinə qarşı onlarla hava hücumu həyata keçirib.
Səud koalisiyası bu gün Yəmənin şimalında yerləşən Əlcuf və mərkəzində yerləşən Marəb vilayətlərinə qarşı 25 hava hücumu keçirib.
Ötən 24 saat ərzində Yəmənin Əlhudəydə bölgəsində atəşkəsin bərqərarına dair Stokholm razılaşması 111 dəfə pozulub və 16-cı kilometr, həmçinin "Əlmənzər və Əlxamiri" bölgələri hədəfə alınıbdır.
Aviasiya hücumları da Yəmənin şimalında yerləşən Səədə, həmçinin Həccə vilayətinin Hirz şəhərlərinə qarşı keçirilib.
Səud koalisiyasının Yəmənə qarşı savaşının 5-ci ili martın 26-da sona yetir. İndiyədək bu savaş nəticəsində birbaşa və ya dolayısı ilə yüz min nəfərdən çox insan öldürülüb.
SƏUD KOALİSİYASININ YƏMƏNƏ HÜCUMLARI ARTIB