UNICEF Türkiyəyə xəbərdarlıq edib; əl-Həsəkənin suyunu kəsdiyinə görə
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359683-unicef_türkiyəyə_xəbərdarlıq_edib_əl_həsəkənin_suyunu_kəsdiyinə_görə
UNICEF Türkiyəyə xəbərdarlıq edib ki, Suriyanın əl-Həsəkə şəhərinin içməli suyunun kəsilməsi koronavirus pandemiyasından irəli gələn təhlükələri artıra bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2020 04:16 Asia/Baku
  • UNICEF Türkiyəyə xəbərdarlıq edib; əl-Həsəkənin suyunu kəsdiyinə görə
    UNICEF Türkiyəyə xəbərdarlıq edib; əl-Həsəkənin suyunu kəsdiyinə görə

UNICEF Türkiyəyə xəbərdarlıq edib ki, Suriyanın əl-Həsəkə şəhərinin içməli suyunun kəsilməsi koronavirus pandemiyasından irəli gələn təhlükələri artıra bilər.

UNICEF-in məlumatında bildirilir ki, Əluk quyuları suyunun nasos stansiyası əl-Həsəkə şəhərində və ətraf məhəllələrdə yaşayan təqribən 460 min nəfərin suyunu təmin edən əsas mənbədir.

UNICEF sonra Türkiyədən istəyibdir ki, öz hərbi və siyasi məqsədlərinin reallaşması üçün su ehtiyatlarından sui-istifadə etməsin. Zira ən çoz zərbə alıb, ziyan çəkən tərəf, uşaqlardır.

Türkiyə qüvvələri və onun dəstək verdiyi terror qrupları üçüncü gün dalbadal Rəəsuləyn ətrafında yerləşən Əluk su stansiyasından təmin olunan əl-Həsəkə şəhərində və onun ətrafında içməli suyu kəsiblər.

Belə bir halda, bütün dünya ölkələrini və təzəlikdə Suriyanı da bürümüş koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün bu bölgə əhalisi suya və öz əllərini ardıcıl olaraq yumağa ehtiyac duyur.

Suriyanın səhiyyə nazirliyi bazar günü gecə bildirdi ki, bu ölkədə koronavirusa ilk yoluxma halı aşkar edilib. Bu yoluxmuş şəxs təzəlikdə ölkə xaricindən qayıdıbdır.

TÜRKİYƏ ƏL-HƏSƏKƏ ƏHALİSİNİ SUSUZ QOYUB