Kabildə hücumçuların əfqan hərbçilərlə döyüşü başa çatıb
-
Kabildə hücumçuların əfqan hərbçilərlə döyüşü başa çatıb
Kabildə hücumçuların əfqan hərbçilərlə toqquşması bütün yaraqlıların öldürülməsilə başa çatıb.
Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü deyib: Bu gün səhər əfqan sinqhlərin Kabil şəhərində yerləşən "Daramşala" məbədində gedən döyüşlər altı saatdan sonra və dörd hücumçunun öldürülməsilə başa çatıb.
Ferdous Fəramərz sonra deyib: Bu hücumda azı 25 nəfər ölüb, 8 nəfər yaralanıb, 80 nəfər də hücumçuların əsirliyindən azad edilbdir.
Əfqan sinqhlərin Əfqanıstan parlamentindəki nümayəndəsi Narender Sinqh də belə deyib: Hücumçuların basqını zamanı bu məbəddə 150 nəfər olub və ölənlərin sayının artması ehtimalı var.
İŞİD təkfirçi qrupu bu hücumun məsuliyyətini üzərinə götürüb.
Əfqan sinqhlərin əksər hissəsi Kabil, Qəndəhar və Qəzney şəhərlərində yaşayır.
KABİLDƏ HÜCUMÇULARIN BASQINI YATIRILIB