Təcavüzkar koalisiya Əlhudəydəyə artilleriya hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359796-təcavüzkar_koalisiya_Əlhudəydəyə_artilleriya_hücumu_edib
Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozaraq, Yəmənin qərbindəki Əlhudəydə vilayətini artilleriya hücumuna məruz qoyubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2020 03:58 Asia/Baku
  • Təcavüzkar koalisiya Əlhudəydəyə artilleriya hücumu edib

Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozaraq, Yəmənin qərbindəki Əlhudəydə vilayətini artilleriya hücumuna məruz qoyubdur.

Səud təcavüzkarları və onların muzdurları Əlhudəydə vilayətinin Əlhali bölgəsinə tərəf onlarla mərmi atıblar.

Bu hücumda bir yəmənli ailənin iki üzvü ölüb, iki nəfər də yaralanıbdır.

Yəmənin qərbindəki Əlhudəydə vilayətində atəşkəs barədə Səna və Ərriyaddan göndərilmiş heyətlər arasında 2018-ci ilin 18 dekabrında İsveçdə əldə olunmuş atəşkəs hər gün səud koalisiyası tərəfindən pozulur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yoldur.

SƏUD KOALİSİYASI ƏLHUDƏYDƏNİ ARTİLLERİYA ATƏŞİNƏ TUTUB