Qərbi Asiyada COVID-19-a yoluxanların sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359967-qərbi_asiyada_covid_19_a_yoluxanların_sayı_artır
Qərbi Asiyada COVID-19-a yoluxanların sayı artmaqda davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2020 03:32 Asia/Baku
  • Qərbi Asiyada COVID-19-a yoluxanların sayı artır
    Qərbi Asiyada COVID-19-a yoluxanların sayı artır

Qərbi Asiyada COVID-19-a yoluxanların sayı artmaqda davam edir.

Ərəbistan səhiyyə nazirliyinin məlumatına görə, bu ölkədə koronavirusa yoluxanların sayı 1203 nəfərə çatıbdır ki, bunlardan dörd nəfər vəfat edib, 37 nəfər isə sağalıbdır.

BƏƏ-nin səhiyyə nazirliyi də daha 102 koronavirus xəstəsini qeydə alıb. Beləliklə bu ölkədə yoluxanların sayı 570, ölənlərin miqdarı isə 3 nəfərə artıbdır.

Sionist rejimin məsul şəxsləri də daha 482 nəfərin koronavirusa yoluxduğunu bildirib və qeyd ediblər ki, işğal olunmuş ərazilərdə bu infeksiyaya yoluxanların sayı 4347 nəfərə çatıb. Onlardan səksən nəfərinin vəziyyəti ağırdır.

Belə bir halda, Suriya hökuməti bu ölkədə koronavirusa yoluxma nəticəsində ilk ölüm halının qeydə alınmasından xəbər verib. Bildirib ki, koronavirusa yoluxma üzrə daha dörd halın qeydə alınması ilə rəsmi Dəməşqin nəzarəti altında olan bölgələrdə bu infeksiyaya yoluxanların ümumi sayı, doqquz nəfərə çatıbdır.

İordaniyada koronavirusa yoluxma üzrə daha 13 yeni halın üzə çıxarılması ilə bu ölkədə yoluxanların ümumi miqdarı 259 nəfərə çatıb. Bu ölkədə həmin xəstəlikdən iki nəfər həyatını itirib.

Fələstinin səhiyyə nazirliyi də bir açıqlamada koronavirusa yeni yoluxma hallarından xəbər verib. Qeyd edib ki, bu ölkədə koronavirusa yoluxanların sayı 115 nəfərə çatıbdır.

Qətərin səhiyyə nazirliyi isə bildiribdir ki, COVID-19-a 44 yeni yoluxma halının qeydə alınması ilə bu ölkədə infeksiyaya məruz qalanların miqdarı 634 nəfərə yüksəlibdir.

Belə bir halda, son məlumatlara görə, İraqda koronavirusa yoluxanların sayı 547, Livanda 446, Küveytdə isə 266 nəfərə çatıbdır.

COVID-19 QƏRBİ ASİYADA DA ÖZ İŞİNİ GÖRÜR