Yəməndə yaşayış massivləri bombalanıb
-
Yəməndə yaşayış massivləri bombalanıb
Təcavüzkar səud-amerikan qırıcılar 20 dəfədən çox Yəmənin paytaxtı Sənanı, onlarla dəfə də Səədə, Əlhudəydə, Marəb və Əlcuf vilayətlərini bombalayıblar. Təcavüzkarlar yaşayış massivlərini və bir atçılıq klubunu hədəfə alıblar.
Təcavüzkarlar bəzi vilayətlərdə yaşayış massivlərini raket atəşinə tutmaqla bərabər, maska və salfetdən ibarət qutular da tullayıblar. Yəmənin səhiyyə nazirliyi bu vəsaitlərin koronavirusa yoluxması haqda xalqa xəbərdarlıq edib. Vurğulayıb ki, indiyədək Yəməndə koronavirusa yoluxmuş heç bir şəxs aşkar edilməyibdir.
Həmkarlarımızdan biri şəhid olub, iki nəfər isə yaralanıbdır. 28 at məhv olub, 70 at isə yaralanıbdır.
Bu dəlicəsinə hücumlar Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərriyada və Ərəbistanın digər şəhərlərinə qarşı raket hücumlarından sonra baş verir. Səudlar bütün cəbhələrdə məğlubiyyətə uğrayıblar.
Təcavüzkarların qırıcıları bu məntəqəni on raketlə hədəfə alıblar. Bu məntəqə at saxlamaq üzrə xüsusi mərkəzdir.
Bunlar səud-amerikan təcavüzkarların qırıcılarının Sənadakı yaşayış massivlərini bombardman etmələrinin təsirləridir.
YƏMƏNDƏ YAŞAYIŞ MASSİVLƏRİ BOMBALANIB