Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360185-sionist_qəsəbə_sakinlərinin_fələstinlilərə_qarşı_zorakılıqları_artıb
İordan çayının qərb sahilində sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları ötən iki həftə ərzində 78 faiz artıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2020 08:16 Asia/Baku
  • Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları artıb
    Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları artıb

İordan çayının qərb sahilində sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıqları ötən iki həftə ərzində 78 faiz artıbdır.

Bu xəbəri açıqlayan BMT-nin məlumatında deyilir ki, işğalçı qüvvələr İordan çayının qərb sahilində və Qüdsdə 72 axtarış və həbs əməliyyatı keçirib və 64, o sıradan on, azyaşlı fələstinlini həbs ediblər. Sionist qəsəbə sakinləri fələstinlilərə qarşı 16 dəfə təcavüz həyata keçiriblər. Nəticədə beş nəfər yaralanıb.

BMT vurğulayıb ki, sionist qəsəbə sakinləri fələstinlilərə aid olan yüzə yaxın ağacı kəsiblər.

SİONİST QƏSƏBƏ SAKİNLƏRİNİN FƏLƏSTİNLİLƏRƏ QARŞI ZORAKILIQLARI