Sionist rejim 80 ildən çox yaşamayacağından nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360269-sionist_rejim_80_ildən_çox_yaşamayacağından_nigarandır
Livan Hizbullahının baş katibi dünən gecə 15 şəban, dünya şiələrinin 12-ci imamı, Həzrət Məhdi(əc)-in səadətli mövludunun ildönümü günü münasibətilə etdiyi çıxışında sionistlərin Həzrət Məhdi(əc)-in zühur etməsindən qorxmaları və nigaran olmalarına işarə edərək, deyib: Hazırda işğal olunmuş Fələstində bir qəsbkar rejim vardır ki, öz siyasi varlığının qorunmasından nigarandır və 80 ildən çox yaşamayacağından qorxur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2020 03:06 Asia/Baku
  • Sionist rejim 80 ildən çox yaşamayacağından nigarandır
    Sionist rejim 80 ildən çox yaşamayacağından nigarandır

Livan Hizbullahının baş katibi dünən gecə 15 şəban, dünya şiələrinin 12-ci imamı, Həzrət Məhdi(əc)-in səadətli mövludunun ildönümü günü münasibətilə etdiyi çıxışında sionistlərin Həzrət Məhdi(əc)-in zühur etməsindən qorxmaları və nigaran olmalarına işarə edərək, deyib: Hazırda işğal olunmuş Fələstində bir qəsbkar rejim vardır ki, öz siyasi varlığının qorunmasından nigarandır və 80 ildən çox yaşamayacağından qorxur.

Seyyid Həsən Nəsrullah bu mübarək günü təbrik edərək, İmam Zaman(əc)-in mövludunu ilahi vədin həyata keçməsi üçün əks sayılışın başlanmasının nişanəsi adlandırıb. Qeyd edib ki, Həzrət Məhdi(əc) öz zühuru ilə dünyanı ədalət, sülh və məhəbbətlə dolduracaqdır.

Livan Hizbullahının baş katibi həmçinin Şəhid Muhəmməd Baqir Sədrin, bacısı ilə yanaşı İraqın məhv edilmiş diktatoru Səddam tərəfindən şəhid edilməsinin ildönümü günü ilə bağlı başsağlığı verib və bu böyük şəhidi filosof və mütəfəkkir adlandırıbdır.

Seyyid Həsən Nəsrullah Şəhid Sədrin İran İslam İnqilabı və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) barədəki sözlərinə işarə edib və belə deyib: Şəhid Sədr İran İslam İnqilabı qələbə çalarkən dedi: İmam Xomeyni(r.ə.) peyğəmbərlərin ardınca olduqları məsələni həyata keçirdi.

Livan Hizbullahının baş katibi Şəhid Sədrin «İmam Xomeynidə əriyin, İmamın İslamda əridiyi kimi» ifadəsinə işarə edərək, bildirib ki, bu yol davam edəcəkdir.

SİONİST REJİM ÖZ ÖMRÜNÜN BİTMƏSİNDƏN OQRXUR