Əl-Qamışlı ətrafında amerikalıların karvanının qarşısı alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360331-Əl_qamışlı_ətrafında_amerikalıların_karvanının_qarşısı_alınıb
Suriyanın Hamu kəndinin sakinləri bu ölkənin ordu qüvvələrinin həmkarlığı ilə amerikalı qüvvələr karvanının həmin kənddən keçməsinə mane olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2020 17:13 Asia/Baku
  • Əl-Qamışlı ətrafında amerikalıların karvanının qarşısı alınıb
    Əl-Qamışlı ətrafında amerikalıların karvanının qarşısı alınıb

Suriyanın Hamu kəndinin sakinləri bu ölkənin ordu qüvvələrinin həmkarlığı ilə amerikalı qüvvələr karvanının həmin kənddən keçməsinə mane olublar.

Suriyanın ordu qüvvələri və Əl-Qamışlı ətrafında yerləşən Hamu kəndinin sakinləri Amerikanın işğalçılığı ilə müxalifətlərini bildirmək üçün qəsbkar amerikalı qüvvələr karvanının bu kənddən keçmələrinə mane olublar.

Amerikalı işğalçı qüvvələrin tabeliyində olan 5 avtomobildən ibarət bir karvan Hamu kəndindəki nəzarət postuna gedərkən kənd sakinlərinin Suriya ordusunun nəzarət postuna toplaşmalarından sonra öz yolunu dəyişərək, geri dönüb.

İki gün bundan öncə də Suriya ordusunun qüvvələri və Xərbələsəd kəndinin sakinləri amerikalı işğalçıların üç zirehli avtomobilindən ibarət digər bir karvanın, eləcə də amerikanların tabeliyində olan kürd qüvvələrin bir neçə avtomobilinin üzünə yolu bağlamış və onları geri çəkilməyə məcbur etmişdilər.

ƏL-QAMIŞLIDA ABŞ HƏRBİ KARVANININ QARŞISI ALINIB