Ərəbistan krallıq xanədanında koronavirus genişlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360333-Ərəbistan_krallıq_xanədanında_koronavirus_genişlənib
Koronavirus səud rejiminin krallıq xanədanında geniş şəkildə yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2020 03:07 Asia/Baku
  • Ərəbistan krallıq xanədanında koronavirus genişlənib

Koronavirus səud rejiminin krallıq xanədanında geniş şəkildə yayılıb.

Məlumatlara əsasən, Ərəbistan krallıq xanədanın üzvlərindən təqribən 150 nəfər koronavirusa yoluxub.

Ərriyad şəhərinin icra başçısı bu xəstələrdən biridir. O, hazırda xəstəxananın xüsusi nəzarət bölməsində saxlanır.

Həmçinin belə deyilir ki, Ərəbistan kralı kral Salman öz təhlükəsizliyini qorumaq üçün Qırmızı dənizdə yerləşən Ciddə şəhərinin yaxınlığındakı bir adadakı saraya köçübdür.

Son statistikalara görə, Ərəbistanda koronavirusa yoluxanların aşkar edilmiş sayı 2932 nəfərə çatıb. Bu ölkənin səhiyyə nazirliyi həmin xəstəlik nəticəsində daha on altı nəfərin həyatını itirdiyini bildiirib. Beləliklə Ərəbistanda koronavirusa yoluxma nəticəsində vəfat edənlərin sayı 631 nəfərə çatıb.

ƏRƏBİSTAN KRALLIĞINDA COVID-19 GENİŞ ŞƏKİLDƏ YAYILIR