Səud koalisiyası yenə atəşkəsi pozdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360336-səud_koalisiyası_yenə_atəşkəsi_pozdu
Təcavüzkar səud koalisiyası Yəmənin müxtəlif bölgələrini bombalayaraq, özünün elan etdiyi atəşkəsi pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2020 05:37 Asia/Baku
  • Səud koalisiyası yenə atəşkəsi pozdu

Təcavüzkar səud koalisiyası Yəmənin müxtəlif bölgələrini bombalayaraq, özünün elan etdiyi atəşkəsi pozub.

Ərəbistanın başçılığı altında olan səud koalisiyasının qırıcıları bu gün səhər tezdən iki növbədə Yəmənin cənub-qərbində yerləşən Səfiyan şəhərini bombalayıblar.

Həmçinin Yəmənin cənub-qərbində yerləşən Səəd vilayətindəki Əlzahir şəhəri və İmran vilayətindəki Əlməlahit bölgələri də dörd növbədə səud koalisiyasının qırıcılarını aviazərbələrinə məruz qalıblar.

Yəmənin yaxınlığında yerləşən Ərəbistanın Cizan sərhədinə yaxın «Vadiyi Carə» bölgəsi də dəfələrlə səud koalisiyası tərəfindən bombalanıbdır.

Atəşkəsin elan olunmasından sonra hədəfə alınan Yəmənin digər bölgələrindən biri, bu ölkənin mərkəzində yerləşən Əlbiyza bölgəsindəki Natə şəhəri olub. Bu şəhər üç dəfə səud koalisiyasının qırıcıları tərəfindən bombardman edilibdir.

Yəmənin müxtəlif bölgələrinin bombalanması elə bir halda baş verir ki, Təcavüzkar səud koalisiyasının sözçüsü Tərəki Əlmaliki bu gün səhər tezdən rəsmi şəkildə Yəməndə atəşkəs razılaşmasının elan olunmasından xəbər verdi və dedi ki, bu atəşkəs iki həftə sürəcək və ondan sonra da uzadıla bilər.

Təcavüzkar səud koalisiyası tərəfindən Yəməndə atəşkəsin bərqərarı xəbəri elə bir halda elan olunur ki, bir çox Yəmən rəsmisi Ərəbistanın bu barədəki niyyətinə tərəddüd edib. Onlar bu qənaətdədirlər ki, bu, yeni bir taktikadır və səud koalisiyası ondan qüvvələrini təzələmək və son xəsarətlərinin əvəzini çıxmaq üçün istifadə etmək istəyir.

SƏUD KOALİSİYASI YENƏ ATƏŞKƏSİ POZDU