BMT nümayəndəsindən yəmənlilərə yeni sülh təklifi
Yəməndə iddia olunan atəşkəsin elan olunmasından üç gün sonra BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi yeni sülh təklifini Ənsarullah hərəkatına və Əbd Rəbbuh Mənsur Hadinin istefa vermiş hökumətinə təqdim edib.
BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qriffitsin ofisi bildirib ki, yeni təklif bütün Yəməndə atəşkəsin bərqərarı, yəmənlilərin əzab-əziyyətlərinin azaldılması üçün insani və iqtisadi qərarların qəbul olunması, koronavirus pandemiyası böhranı ilə mübarizə üçün Yəmənə dəstək, həmçinin siyasi prosesin dərhal bərpa edilməsi kimi maddələrə şamil olur.
Qriffits həmçinin vurğulayıb ki, Yəməndə savaşın dayandırılması bu ölkədə koronavirus pandemiyasının qızğın çağında xüsusi əhəmiyyətli taletəyinedici bir məsələdir.
Qriffitsin yeni təklifi elə bir halda irəli sürülübdür ki, üç gün bundan öncə də təcavüzkar səud koalisiyası koronavirus pandemiyası ilə mübarizə bəhanəsilə ikihəftəlik bir atəşkəs elan etdi, amma bu atəşkəs ardıcıl surətdə elə bu koalisiya tərəfindən pozulmaqdadır.
Yəmənlilər səud koalisiyası tərəfindən atəşkəsin elan olunmasını Ərəbistanın öz qüvvələrini bərpa etmək istiqamətində vaxt qazanma taktikası hesab edirlər.
BMT NÜMAYƏNDƏSİNİN YƏMƏNLƏ BAĞLI YENİ SÜLH TƏKLİFİ