Ərəbistan COVID-19 müsabiqəsində ərəb ölkələrinin önündə gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360440-Ərəbistan_covid_19_müsabiqəsində_ərəb_ölkələrinin_önündə_gedir
Səudiyyə Ərəbistanı 4 mindən çox koronaviruslu xəstə ilə, yoluxanların sayı baxımından ərəb ölkələrinin önündə gedir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2020 11:04 Asia/Baku
  • Ərəbistan COVID-19 müsabiqəsində ərəb ölkələrinin önündə gedir

Səudiyyə Ərəbistanı 4 mindən çox koronaviruslu xəstə ilə, yoluxanların sayı baxımından ərəb ölkələrinin önündə gedir.

Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi bu ölkədə koronvirusa yoluxanaların və bu xəstəlikdən ölənlərin sayının artmasından xəbər verib. Bildirib ki, ötən sutka ərzində bu ölkədə 382 yoluxma və 5 vəfat halı qeydə alınıbdır.

Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinin məlumatına görə, koronavirusa yeni yoluxma miqdarının qeydə alınması ilə bu ölkədə yoluxanların ümumi sayı 4 min 52 nəfərə çatıbdır.

Ərəbistan kralı Salman bin Əbduləziz bu ölkədəki komendant saatını koronavirus pandemiyasının genişlənməsinə görə, naməlum müddətədək uzadıbdır.

Qeyd edək ki, ərəb ölkələrində koronavirusa yoluxanların sayı ümumilikdə 20 min 800 nəfəri keçib və indiyədək onlardan 700 nəfərdən çox insan vəfat edibdir.

Koronavirusa yoluxanların sayı cəhətdən Ərəbistandan sonrakı yerdə BƏƏ durur. Bu ölkədə 3700 nəfərdən çox insan koronavirusa yoluxub.

ƏRƏBİSTAN COVID-19-A YOLUXMADA ƏRƏB ÖLKƏLƏRİNDƏN ÖNDƏDİR