Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360460-sionistlər_arasında_covid_19_a_yoluxanların_sayı_artıb
Sionist rejimin səhiyyə nazirliyi ötən sutkada işğal olunmuş Fələstin ərazilərində COVID-19-a yoluxanların ümumi sayının 11 min nəfəri keçməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2020 10:32 Asia/Baku
  • Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb
    Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb

Sionist rejimin səhiyyə nazirliyi ötən sutkada işğal olunmuş Fələstin ərazilərində COVID-19-a yoluxanların ümumi sayının 11 min nəfəri keçməsindən xəbər verib.

Sionist rejimin səhiyyə nazirliyi bu gün bildirib ki, ötən sutka ərzində işğal olunmuş Fələstin ərazilərində daha 357 nəfər koronavirusa yoluxub.

Sionistlər arasında koronavirusa yeni yoluxma halIarının qeydə alınması ilə işğal olunmuş Fələstin ərazilərində bu virusa yoluxanların ümumi sayı 11235 nəfərə çatıbdır ki, onlardan 181 nəfərin halı ağırdır.

Həmçinin daha beş nəfərin ölməsilə işğal olunmuş Fələstin ərazilərində koronavirus qurbanlarının sayı 110 nəfərə yüksəlibdir.

Belə bir halda, sionist rejim mediaları bu rejimin baş ravvini Elyaho Bekşinin koronavirusa yoluxma nəticəsində ölməsindən xəbər veriblər.

Sionist rejim parlamentindəki məxfi məlumata görə, bu rejim koronavirusla mübarizə üçün yetərincə müalicə vəsaitlərinə malik deyildir.

İşğal olunmuş Fələstin ərazilərindəki qocalar evlərinin və sanatoriyaların məsul şəxsləri deyirlər ki, sionist rejimin koronavirus pandemiyası dövründə bu məkanlara baxımsızlığı üzündən onların arasında ölüm halları artmaqdadır.

SİONİSTLƏR COVID-19 QARŞISINDA ACİZ QALIBLAR