MOSSAD maska və tibb ləvazimatları oğurladığını etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360602-mossad_maska_və_tibb_ləvazimatları_oğurladığını_etiraf_edib
Sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir orqan işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün maska və tibb ləvazimatları oğurluğunu etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2020 03:35 Asia/Baku
  • MOSSAD maska və tibb ləvazimatları oğurladığını etiraf edib
    MOSSAD maska və tibb ləvazimatları oğurladığını etiraf edib

Sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir orqan işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün maska və tibb ləvazimatları oğurluğunu etiraf edib.

MOSSAD-ın texnologiya mərkəzinin müdiri sionist rejimin peyk kanallarından biri ilə müsahibədə işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə tərzi və onun təhlükələri haqda belə deyib: MOSSAD, dünya ölkələrinin öz ehtiyaclarının artmasına görə satışından çəkindikləri tibb maskalarını təmin etmək üçün oğurluğa əl atıbdır.

Bununla bağlı, Nyu-York Tayms qəzeti bir məqalədə koronavirus pandemiyası sayəsində müxtəlif ölkələrin qoruyucu və tibb imkanları, həmçinin informasiyalarının oğurluğunda MOSSAD-ın rolu barədə belə qeyd edib: MOSSAD zabitləri bu dəfə öz fəaliyyətlərini ölkələrin müalicə və tibb ləvazimatlarının oğurlanması və ümumi sanitariya sahələrində irəlilədiblər.

Nyu-York Tayms-ın məlumatına görə, MOSSAD tibb ləvazimatlarını əldə etmək üçün böyük bir əməliyyat otağı yaradıbdır.

Sionist rejimin nazirlər kabineti MOSSAD-dan istəyibdir ki, işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün 130 milyon ədəddən çox dərman və tibb ləvazimatı əldə etsin.

Sionist rejimin səhiyyə nazirliyi bildirib ki, çərşənbə günündən cümə axşamı gününədək işğal olunmuş Fələstin ərazilərində daha 391 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 12 min 591 nəfərə yüksəlibdir.

Sionist rejim parlamenti- knesset-dəki gizli məlumat göstərir ki, bu rejim yeni koronavirus ilə mübarizə üçün yetərincə müalicə vəsaitlərinə malik deyildir.

MOSSAD MASKA VƏ TİBB LƏVAZİMATI OĞURLAYIR