Kimyəvi Silahların Qadağanı Təşkilatının məlumatı həqiqətə uyğun deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360683-kimyəvi_silahların_qadağanı_təşkilatının_məlumatı_həqiqətə_uyğun_deyil
Suriyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı daimi nümayəndəsi Dəməşqin Əllətamənə qəsəbəsində kimyəvi silahdan istifadə etməsinə dair iddianı yanlış qənaətlərin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2020 12:41 Asia/Baku
  • Kimyəvi Silahların Qadağanı Təşkilatının məlumatı həqiqətə uyğun deyil
    Kimyəvi Silahların Qadağanı Təşkilatının məlumatı həqiqətə uyğun deyil

Suriyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı daimi nümayəndəsi Dəməşqin Əllətamənə qəsəbəsində kimyəvi silahdan istifadə etməsinə dair iddianı yanlış qənaətlərin nişanəsi adlandırıb.

Bəssam Səbbağ «Ailə kimlliyinin təyin edilməsi və təhqiqat qrupu» adlandırılan qrupun məlumatına cavab verib.

Bu məlumatı Kimyəvi Silahların Qadağanı Təşkilatının texniki katibliyi yayıb.

Suriyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı daimi nümayəndəsi vurğulayıb: Bu məlumat yanlış qənaətlərə malikdir və reallıqları saxtalaşdırmaq və Suriya hökumətini 2017-ci il mart ayının sonlarında Həmah vilayətinin Əllətamənə qəsəbəsindəki olaylarda zəhərli kimyəvi maddələrdən istifadə etməkdə ittiham etmək məqsədilə saxta məlumatlara istinad edibdir.

Səbbağ bir açıqlamada bu təşkilata xitabən deyib: Suriya məlumatda qeyd olunan qanunsuz qənaətləri kəskin tərzdə pisləyir və onu kökündən rədd edir.

O, sonra söyləyib: Biz bu məlumatı Amerikanın və onun qərbli müttəfiqlərinin Suriyanı hədəfə almaq üzrə istəklərinin yerinə yetirilməsi istiqamətində dəyərləndiririk.

Səbbağ vurğulayıb: Məlumatda qeyd olunan qənaətlər heç bir vəchlə etimadediləsi deyil, zira elə bir qrup tərəfindən verilibdir ki, həmin qrupun özü bu təşkilatın hərəkətlərini siyasiləşdirmək və onu məlum ölkələrin hədəflərinin xidmətində olan bir tribunaya çevirmək üçün bir vasitədir.

Suriyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı daimi nümayəndəsi bir daha Suriya hökumətinin Əllətamənə qəsəbəsində və ya hər hansı digər bir şəhər və ya bölgədə zəhərli kimyəvi maddələrdən istifadə etməsini qətiyyətlə rədd edib və yenidən belə vurğulayıb: Suriya ordusunun belə silahları yoxdur və heç bir vəchlə onlardan istifadə etməyibdir.

Səbbağ Kimyəvi Silahların Qadağanı Təşkilatının texniki katibliyinin heç bir şəffaflığa və düzgünlüyə malik olmayan, ən sadə şəffaflaşdırma prinsipləri və təhqiqat qanunları ilə uyuşmayan və bundan öncə də faktaraşdırıcı qrupun hesabatlarında məhz bu metoddan istifadə olunan işin elə həmin qeyri-peşəkar üsulla davam etdirilməsinə israr etməsinə görə, təəssüf ifadə edir.

KSQT-NİN MƏLUMATI HƏQİQƏTƏ UYĞUN DEYİL