Müqavimət əsirlər qarşısındakı məsuliyyətinə sadiqdir
-
Müqavimət əsirlər qarşısındakı məsuliyyətinə sadiqdir
Fələstin İslami Cihad Hərəkatı bildirib ki, müqavimət heç vaxt fələstinli əsirlərin azad edilməsi qarşısındakı məsuliyyətində səhlənkarlıq etməyəcək.
Fələstin İslami Cihad Hərəkatı dünən bir açıqlamada bildirib: Bu il 17 aprel- əsir günü ilə bir zamanda işğalçı sionist rejim fələstinli əsirlərə qarşı geniş hücumlara başladı. Bu rejim dünya xalqlarının başının koronavirusa qarışmasından əsirlərə qarşı təcavüzlərini şidddətləndirmək üçün istifadə edir.
Fələstin İslami Cihad Hərəkatı sionist rejimi fələstinli əsirlərə qarşı hər cür təcavüzdən çəkinməyə çağırıb və onların həyatları və sağlamlıqlarının məsuliyyətinin bu rejimin üzərinə düşüyünü bildirib.
Fələstin İslami Cihad Hərəkatının açıqlamasında deyilir: İslami Cihad Hərəkatı didərginlərin azad edilərək, geri dönmələri, döyüşə hazırlıq və Fələstin xalqının müdafiəsi sahəsindəki vəzifələrinə əməl edəcək.
Hazırda altı minə yaxın fələstinli sionist rejim məhbəslərində saxlanır. Onların arasında 200 uşaq, həmçinin 700 xəstə var.
MÜQAVİMƏT ƏSİRLƏR QARŞISINDAKI MƏSULİYYƏTİNƏ SADİQDİR