Sionist rejim əlilləri və ürək xəstələrini süni tənəffüs aparatından məhrum edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360756-sionist_rejim_əlilləri_və_ürək_xəstələrini_süni_tənəffüs_aparatından_məhrum_edir
Bir sionist telekanalı ifşa edib ki, sionist rejimin səhiyyə nazirliyinin tövsiyəsinə görə, koronavirusn geniş miqyas alacağı təqdirdə, əlillər, ahıllar və ürək xəstələri süni tənəffüs aparatından istifadə növbəsində sonuncu kəslər olmalıdırlar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 20, 2020 11:17 Asia/Baku
  • Sionist rejim əlilləri və ürək xəstələrini süni tənəffüs aparatından məhrum edir

Bir sionist telekanalı ifşa edib ki, sionist rejimin səhiyyə nazirliyinin tövsiyəsinə görə, koronavirusn geniş miqyas alacağı təqdirdə, əlillər, ahıllar və ürək xəstələri süni tənəffüs aparatından istifadə növbəsində sonuncu kəslər olmalıdırlar.

Sionist rejimin 13-cü telekanalının məlumatına görə, bu rejimin səhiyyə nazirliyində aşkar edilmiş sənədə əsasən, koronavirusdan sağalmaq fürsəti 20%-dən aşağı olanlar, ahıllar, əlacsız xəstələr, kəskin yanıqları olan və ya ruhi zərbə almış sionistlər süni tənəffüs aparatından istifadə prioritetində durmurlar.

İşğal olunmuş Fələstin ərazilərində «şəxslərin hüquq bərabərliyi» adlı dövlət komissarlığı bildirib ki, bu sənəd əlil şəxslərin hüquqları barədə BMT konvensiyası və əlil şəxslərin bərabərlik qanunu ilə təzad təşkil edir.

Belə bir halda, əlil şəxslərə baxılması üzrə cəmiyyətlər müştərək bir bəyanatda sionist rejimin səhiyyə nazirliyinin bu qərarının dərhal dəyişdirilməsini tələb ediblər. Onlar bu qərarı koronavirus çətiri altında zəif insanların qırğın edilmələri və aradan götürülmələri üçün tərəfdarcasına bir düşüncə tərzi adlandırıblar.

İşğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxanların sayı 14 min 491 nəfərə çatıbdır ki, bu miqdardan 172 nəfər vəfat edibdir.

SİONİST REJİM ƏLİLLƏRİ SÜNİ TƏNƏFFÜS APARATINDAN MƏHRUM EDİR