Suriyada iri miqdarda ABŞ silah və sursatı aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360788-suriyada_iri_miqdarda_abŞ_silah_və_sursatı_aşkar_edilib
Suriya ordusu dünən gecə bu ölkənin Dəməşq və Qunəytrə vilayətlərində müəyyən miqdarda ant-tank raketi daxil olmaq Amerika istehsalı olan çoxlu sayda silah və sursatın aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2020 05:32 Asia/Baku
  • Suriyada iri miqdarda ABŞ silah və sursatı aşkar edilib
    Suriyada iri miqdarda ABŞ silah və sursatı aşkar edilib

Suriya ordusu dünən gecə bu ölkənin Dəməşq və Qunəytrə vilayətlərində müəyyən miqdarda ant-tank raketi daxil olmaq Amerika istehsalı olan çoxlu sayda silah və sursatın aşkar edilməsindən xəbər verib.

Suriya ordusu bildirib ki, bu silah və sursatları Dəməşq və Qunəytrə vilayətlərində axtarış və təmizləmə gedişində aşkar edibdir.

Aşkar edilmiş silahlar bu iki vilayətdə fəaliyyət göstərən terror qruplarına aiddir.

Bundan öncə də Suriya ordusu Amerika da daxil olmaqla Qərb ölkələrinin düzətdikləri silah və sursatların saxlanıldığı bir neçə anbar aşkar etmişdi.

Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədilə 2011-ci ildə Ərəbistan, ABŞ və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məslhət köməkləri və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.

SURİYADA İRİ MİQDARDA ABŞ SİLAH VƏ SURSATI AŞKAR EDİLİB