Sionist rejimin həbsində olan fələstinli əsir şəhid olub
Sionist rejimin Ənnəqəb həbsxanasında saxlanılan bir fələstinli əsir xəstəlik və baxımsızlıq ücbatından şəhid olub.
İRNA-nın verdiyi məlumata görə, fələstinli əsirlər və azadələr üzrə komitənin araşdırma bölməsinin sədri Əbdünnasir Fərvanə deyib: Sionist rejimin həbsxana məmurlarının Fələstinli əsir Nur Cabir Əl-Bərğusinin müalicəsində yol verdikləri səhlənkarlığa görə saxlanıldığı kamerada huşunu itirdikdən sonra şəhid olub.
Fərvanə sionist rejim həbsxanalarındakı acınacaqlı durum barədə sionist rejimin və bu rejimin həbsxana başçılarının məsuliyyət daşıdıqlarını bildirərək deyib: Sionistlərin fələstinli əsirlərə laqydlikləri nəticəsində indiyədək 223 əsir şəhid olub.
Hal-hazırda sionist rejim həbsxanalarında 5 min 800 fələstinli acınacaqlı vəziyyətdə saxlanılır.