Suriya ordusu sionist rejimin hava hücumlarına cavab verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361053-suriya_ordusu_sionist_rejimin_hava_hücumlarına_cavab_verib
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejimin Suriyanın paytaxtı Dəməşqə qarşı raket hücumuna cavab veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 05:33 Asia/Baku
  • Suriya ordusu sionist rejimin hava hücumlarına cavab verib

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejimin Suriyanın paytaxtı Dəməşqə qarşı raket hücumuna cavab veriblər.

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən Dəməşq səmasının ətrafında sionist qırıcıların hücumlrı ilə mübarizə apararaq, yerə düşməzdən öncə onların bir neçəsini məhv ediblər.

Suriya dövlət televiziyasının bildirdiyinə görə, sionist rejim qırıcıları tərəfindən Dəməşqə tuşlanan raketlər Livan səmasından atılıbdır.

Sionist rejim daim terrorçulara dəstək vermək üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.

Suriyanın ordusu  İran İslam Respublikasının hərbi məşvərət yardımları və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi. Hazırda digər terror qrupları da məğlub olmaqdadırlar.

SURİYA ORDUSU SİONİSTLƏRİN HAVA HÜCUMLARINI CAVABLANDIRDI