Suriyanın BMT-dəki daimi nümayəndəsi: Türkiyənin Suriya ərazisində olması qanunsuzdur
Suriyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriyanın şimalına təcavüzünü BMT nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri, Soçi, Astana və Moskva razılaşmalarının aşkar şəkildə pozulması adlandırıb.
Bəşşar Əlcəfəri BMT Təhlükəsizlik Şurasının video-konfrans formasında keçirilən Suriya barədəki iclasında Türkiyənin Suriyanın şimalına təcavüzünü pisləyib. Deyib ki, Dəməşq heç vaxt Türkiyənin Suriya ərazisinə təcavüz üzrə əsaslandırmasını qəbul etməyəcək.
Əlcəfəri bildirib ki, Türkiyə Suriyadakı terrorçuları himayə edir. O, Təhlükəsizlik Şurasından istəyibdir ki, terrorizmi himayə edən ölkələri bu işdən əl çəkməyə vadar etsin.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriya ərazisində hava hücumundan müdafiə sistemləri yerləşdirmək üzrə qanunsuz hərəkətlərinə toxunub. Qeyd edib ki, Türkiyə hökuməti Suriyadakı hərbi qüvvələrini «Hauk» tipli amerikan yer-hava raketlərilə təchiz edibdir ki, bu hərəkət BMT nizamnaməsi və beynəlxalq hüquq normalarını pozur.
Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarındandır.