Azı 20 səud şahzadəsi koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361170-azı_20_səud_şahzadəsi_koronavirusa_yoluxub
Ərəbistan kəşfiyyat orqanının keçmiş rəisi azı 20 səud şahzadəsinin koronavirusa yoluxmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2020 13:52 Asia/Baku
  • Azı 20 səud şahzadəsi koronavirusa yoluxub

Ərəbistan kəşfiyyat orqanının keçmiş rəisi azı 20 səud şahzadəsinin koronavirusa yoluxmasından xəbər verib.

Ərəbistan kəşfiyyat orqanının keçmiş rəisi Turki Əlfeysəl Əl-Şərquləusət qəzetində dərc olunmuş «Koronavirus xatirələri-2» adlı məqaləsində iddia edib ki, azı 20 səud şahzadəsi koronavirusa yoluxubdur.

Nyu-York Tayms qəzeti aprelin əvvəllərində ifşa etmişdi ki, ehtimal üzrə təqribən 150 səud şahzadəsi koronavirusa yoluxub və onların və bu ölkənin digər şəxsiyyətlərinin müalicəsi üçün «Məlik Feysəl» ixtisaslaşdırılmış xəstəxanası nəzərdə tutulubdur.

Ərəbistan səhiyyə nazirliyinin məlumatına görə, bu günədək bu ölkədə 21 min nəfərdən çox insan koronavirusa yoluxub və 157 nəfər də bu virusa yoluxma nəticəsində həyatını itiribdir.

AZI 20 SƏUD ŞAHZADƏSİ COVID-19-A YOLUXUB