İran səfiri İraqın yeni baş naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361599-İran_səfiri_İraqın_yeni_baş_naziri_ilə_görüşüb
İraqın yeni baş naziri və İranın Bağdaddakı səfiri iki ölkənin müxtəlif sahələrdəki həmkarlıqları barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2020 10:48 Asia/Baku
  • İran səfiri İraqın yeni baş naziri ilə görüşüb

İraqın yeni baş naziri və İranın Bağdaddakı səfiri iki ölkənin müxtəlif sahələrdəki həmkarlıqları barədə danışıblar.

İraqın yeni baş naziri Mustəfa Əlkazimi dünən İranın Bağdaddakı səfiri İrəc Məscedi ilə görüşdə ölkəsinin İran İslam Respublikası ilə əlaqələrinin genişləndirilməsinə təkid edib.

İraqın baş naziri sonra deyib ki, ölkəsinin ərazisindən digər bir ölkəyə təcavüz üçün istifadə edilməsinə və ya bu ərazinin terrorçuların meydan sulamaları üçün bir məkana çevrilməsinə icazə verməyəcəkdir.

İraqın yeni nazirlər kabineti cümə axşamı günü səhər tezdən İraq parlamentindən etimad səsi aldı.

İraqın yeni nazirlər kabinetinin ilk iclası Mustəfa Əlkaziminin başçılığı altında keçirilib.