ABŞ-ın dəstəklədiyi kürd yaraqlıları Suriya vətəndaşlarını hədəf alır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362738-abŞ_ın_dəstəklədiyi_kürd_yaraqlıları_suriya_vətəndaşlarını_hədəf_alır
Suriya mediası kürd yaraqlılarının Suriyalı nümayişçiləri hədəfə aldığını, bir mülki şəxsin ölüb, 3 nəfərin isə yaralandığını bildirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 05:08 Asia/Baku
  • ABŞ-ın dəstəklədiyi kürd yaraqlıları Suriya vətəndaşlarını hədəf alır

Suriya mediası kürd yaraqlılarının Suriyalı nümayişçiləri hədəfə aldığını, bir mülki şəxsin ölüb, 3 nəfərin isə yaralandığını bildirib

SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA, Əl-Şəddadi şəhəri sakinlərinin (Əl-Həsəkə-Suriyanın şimal-şərqində) cümə axşamı günü etiraz nümayişi keçirdiklərini, "Suriya Demokratik Qüvvələri" kimi tanınan kürd yaraqlılarının onlara qarşı atəş açaraq bir Suriya vətəndaşını öldürüb, daha 3 nəfəri yaraladıqlarını bildirib.
Yerli mənbələr SANA-ya bildiriblər ki, əl-Şəddadi əhalisi kürd yaraqlılarının xaos, adam oğurluğu, qətl, girov götürmə və təzyiqlərinə etiraz olaraq küçələrə çıxıb.
Əl-Şəddadi əhalisi küçələrə şinlər qoyaraq kürd yaraqlılarının qəddar hərəkətlərinə qarşı şüarlar səsləndirərək şəhərin əsas yollarını bağlayıblar.

Bundan əvvəl Suriya mənbələri ABŞ-ın hərbi təlim kursları keçirərək yaraqlıları cəlb etdiyini bildirmişdi.