Suriyanın əkin sahələrində yanğın
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362747-suriyanın_əkin_sahələrində_yanğın
Amerika Suriyanın əkin sahələrini yandırmaqla bu ölkə xalqını strateji və gəlir gətirən bir məhsuldan məhrum etmək niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 09:53 Asia/Baku
  • Suriyanın əkin sahələrində yanğın

Amerika Suriyanın əkin sahələrini yandırmaqla bu ölkə xalqını strateji və gəlir gətirən bir məhsuldan məhrum etmək niyyətindədir.

SəhərAzəri xəbər veri, Bu günlər Suriyada bu səhnələr dəfələrlə təkrar olur. Buğda yığımı mövsümünün yaxınlaşdığı bir halda, Suriyanın şimal-şərqindəki əkin sahələri alovun toruna düşürlər.

Suriya hökuməti amerikalı işğalçıları bu yanğının səbəbkarı hesab edir və bu qənaətdədir ki, Amerika ikinci il dalbadal belə bir hərəkətə əl atıb və hətta bəzi informasiya mənbələri də onu təsdiq edirlər. Bu mənbələrin bildirdiklərinə görə, bu yanğınlar ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə törədilibdir ki, Suriya strateji və gəlir gətirən bir məhsuldan məhrum olmuş olsun.

m.k- Məlumdur ki, bu yanğınlar saxtadır və şər əllərin izləri görünür. Hər gün bir yanğın baş verir.

Amerikalılar hər bir qapını döyürlər ki, buğda Suriya hökumətinin anbarlarına gedib çatmasın. Xüsusən ona görə ki, Həsəkə-Hələb avtomagistralı da 9 illik bir fasilədən sonra yenidən açılıbdır.

m.k- Hökumət buğdanın alqı qiymətini rəqabət formasında artırıbdır ki, terror qrupları bu strateji məhsulu əkinçilərdən ucuz qiymətə ala bilməsinlər.

Amerikalı qəsbkarlar Suriyanın neft mənbələrini qarət etdikdən sonra indi strateji mənbələrin digər bir məhsulu ilə Suriyaya qarşı mühasirə halqasını daraltmağa çalışırlar.

Eyni zamanda, Ağ Ev “Sezar” qanununu icraya qoyub. Başqa sözlə, öz iqtisadi terrorizm vasitəsini işə salıbdır ki, hər kəs Suriya ilə iqtisadi əməkdaşlığa malik və bu ölkənin xalqı və hökumətinin müqavimətnin davam etməsinə səbəb olarsa, təzyiq və sanksiyaya məruz qalmış olacaqdır.