İyun 25, 2020 08:15 Asia/Baku
  • Fələstin nümayəndəsi BMT-dən sionist rejimin cinayətlərinin izlənilməsini istəyib

Fələstinin BMT-dəki nümayəndəsi sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin izlənilməsini istəyib.

SəhərAzəri xəbər verir, Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur dünən BMT Təhlükəsizlik Şurasının video-konfrans formasında keçirilən iclasında sionist rejimin adının insan haqları pozucuları siyahısında dərc olunmasını istəyib.

Riyad Mənsur BMT Təhlükəsizlik Şurasına verdiyi bəyanatda Fələstin Muxtariyyətinin fələstinli uşaqlara qarşı geniş qeyri-insani hərəkətlər törədən bir tərəf kimi sionist rejimin adının BMT-nin baş katibi Antonio Quterreş tərəfindən dərc edilməməsindən hiddətlənməsindən danışıb.

Ərəb Liqasının baş katibi Əhməd Əbulqeyt də bu iclasda deyib: Ərəb Liqası bu qənaətdədir ki, qərb sahilinin ilhaqı planı regionda sülh və sabitlik üçün bir təhdid olaraq, zorakılığa rəvac verir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu qərb sahilinin ilhaqı planının icrasına qarşı geniş müxalifətlərə rəğmən, qərb sahili ərazilərinin otuz faizindən çoxunun işğal olunmuş ərazilərə əlavə olunmasına israr edir.

Teqlər