İyul 27, 2020 21:11 Asia/Baku
  • Sionist rejim ordusu Livanın Kəfər-Şuba təpələrinə hücum edib

Bəzi media mənbələri sionist rejim ordusu artilleriyasının Livanın Kəfər-Şuba təpələrinə və işğal olunmuş Şəba tarlalarına hücumundan xəbər verirlər.

SəhərAzəri xəbər verir, Sionist «Yediot Aharnot» qəzeti bu gün bildirib ki, sionist rejim ordusu Kəfər-Şubada yerləşən «Ruysat Ələləm» bölgəsinə atəş açıbdır ki, bir neçə mərmi işğal olunmuş Fələstinlə birgə sərhəddə yerləşən Bəstərə tarlasının yaxınlığına düşübdür.

Sionist rejim qırıcıları da Livan səmasına soxularaq, Şəba bölgəsini bombalayıblar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu hücuma reaksiyada bildirib ki, Livanla sərhəddə baş verənlər sadə bir təhlükəsilzik hadisəsi deyildir.

Sionsit rejim ordusu müqavimətin cavabından qorxaraq, ehtiyat tədbirləri görübdür.

Teqlər

Şərhlər