Ceyms Cefri: Dəməşq qaz boru kəmərini İŞİD partladıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366393-ceyms_cefri_dəməşq_qaz_boru_kəmərini_İŞİd_partladıb
Dəməşq qaz boru kəmərində baş verən partlayışa görə İŞİD məsuliyyət daşıyır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 09:16 Asia/Baku
  • Ceyms Cefri: Dəməşq qaz boru kəmərini İŞİD partladıb

Dəməşq qaz boru kəmərində baş verən partlayışa görə İŞİD məsuliyyət daşıyır.

Səhər Azəri bildirir ki, AB,-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefri belə deyib. 

Əl-Ərəbi Əl-Cədid informasiya kanalının verdiyi məlumata görə, ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bu gün Dəməşqin yaxınlığında qaz boru kəmərində törədilən partlayışa görə İŞİD-in məsuliyyət daşıdığından əmin olduğunu deyib. 

Cefri deyib: Baş vermiş hadisənin səbəbinin dəqiqləşdirilməsinə çalışırıq. Amma, partlayışın İŞİD tərəfindən törədildiyinə inanıram. 

Bu gün səhər Dəməşqin yaxınlığında qaz boru kəmərində partlayış baş verib.