Livan misilsiz böhran qarşısında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366663-livan_misilsiz_böhran_qarşısında
Livan prezidenti artmaqda olan siyasi və iqtisadi problemlər fonunda ölkəsinin misilsiz böhranla üz-üzə olduğunu dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 18:22 Asia/Baku
  • Livan misilsiz böhran qarşısında

Livan prezidenti artmaqda olan siyasi və iqtisadi problemlər fonunda ölkəsinin misilsiz böhranla üz-üzə olduğunu dedi.

Səhər Azəri bildirir ki, Mişel Oun bu sözləri bazar günü Livan ölkəsinin təsis edilməsinin 100 illiyi münasibətilə etdiyi çıxışda deyib.

Livan prezidenti öz çıxışında deyib: Bu ilki bayram çoxsaylı böhranlar və problemlər ilə üst-üstə düşdüyü üçün şənlik edəcək bir vəziyyətdə deyilik. Amma, buna baxmayaraq mövcud vəziyyətin dəyişəcəyinə ümid edirik. 

Mişel Oun əlavə edib: Livan bu gün üst-üstə qalaqlanan siyasi və iqtisadi problemlər üzündən misilsiz böhran ilə üz-üzədir.