Dek 15, 2020 17:19 Asia/Baku
  • Ənsarullah:

Yəmən Ali İnqilab Komitəsinin rəhbəri deyib: "Təcavüzkar səud koalisiyasının Yəmənə hücumları və mühasirəni davam etdirərsə, heç bir danışıq aparıla bilməz".

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əl-Husi "Twitter" hesabında yazıb: "Təcavüzkar səud koalisiyası bir tərəfdən hərbi hücum və mühasirəyə davam etdirir və digər tərəfdən, danışıqlar üçün hazır olduğunu iddia edir".

"İndi onlara bunu deyirik: sülh qapısı açıqdır və danışıqların açarı sizin əlinizdədir. Tənliyin həlli aydındır", - deyə o, bildirib 

Əl-Husi əlavə edib: "Ərəb rejimləri yəmənliləri öldürmək üçün ABŞ-la əlbir oldular, nəticədə ABŞ mütəffiqi olduğu ərəb hökumətlərini təhqir etdi və onları İsrail rejimi ilə münasibətlərini normallaşdırmağa vadar etdi".

ABŞ prezidenti Donald Trampın ərəb rejimlərinin sionist rejimlə münasibətlərini normallaşdırmaq üçün təzyiqləri nəticəsində indiyədək BƏƏ, Bəhreyn, Sudan, Mərakeş və Butan diplomatik əlaqələri normallaşdırmaq üzrə sionist rejimlə razılaşma əldə ediblər. 

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin mart ayından Yəmənə hərbi hücum edib və bu yoxsul ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.

Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək, 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına, milyonlarla yəmənlinin isə didərgin düşməsinə səbəb olub.

Teqlər