Yan 22, 2021 19:34 Asia/Baku
  • İraq baş naziri 5 yüksək rütbəli təhlükəsizlik komandirini işdən çıxarıb

İraq baş naziri Mustafa Kazimi Bağdadda baş verən terror aktlarından sonra 5 yüksək rütbəli təhlükəsizlik komandirini işdən çıxarıb.

SəhərAzəri xəbər verir, rəsmi İraq xəbər agentliyinin verdiyi məlumata görə, Mustafa Kaziminin Bağdaddakı partlayışlardan sonra ölkənin təhlükəsizlik qurumları ilə fövqəladə təhlükəsizlik iclası keçirib.  

Bağdad Əməliyyat Komandanlığının qərargahında keçirilən iclasda hadisələr bu gün araşdırılıb və İraq Baş Naziri ölkəsinin təhlükəsizlik qurumlarında dəyişiklik əmri verib.

Mustafa Əl-Kazimi deyib: "Təhlükəsizliklə bağlı müəyyən çatışmazlıqlar var. Bağdaddakı terrorun bir daha yaşanmasına izn verməyəcəyik".

“İnsanlarımızın, xüsusən uşaqlarımızın həyatı ucuz deyil. Vətəndaşların təhlükəsizliyini qorumaq məsuliyyətini daşıya bilməyən şəxslər vəzifələrini tərk etsinlər. Bağdaddakı terror təhlükəsizlik problemidir“, - deyə Kazımi əlavə edib.

Qeyd edək ki, İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 35 nəfər həlak olub, 110 nəfər  yaralanıb.

Teqlər