Mart 03, 2021 15:47 Asia/Baku
  • Yəmən Silahlı Qüvvələrinin Təəz vilayətindəki əməliyyatı Səudiyyə koalisiyasına ağır itkilər verdi

Səudiyyə koalisiyası, Yəmən ordusu və xalq komitələri qüvvələrininYəmənin cənubundakı Təəz əyalətindəki xüsusi əməliyyatda ağır itki verdi.

SəhəhrAzəri xəbər verir ki, Yəmən ordusu və xalq komitələri qüvvələri çərşənbə axşamı Təəz vilayətindəki işğalçı Səudiyyə koalisiya qüvvələrinin mövqelərinə qarşı bənzərsiz bir hücuma başladılar.

Əməliyyatda Yəmən silahlı qüvvələri, Səudiyyə Koalisiya hava hücumundan müdafiə sistemini, habelə Əbər və Heyfan bölgələrini hədəf ə alaraq, onlarla Səudiyyə koalisiya qüvvəsini öldürüb yaraladılar, qalanlarının isə qaçmasına Həmçinin  zirehli vasitələrinin sıradan çıxmasına səbəb oldu.

 

Yəmən ordusu və xalq komitələri də keçən şənbə günü Səudiyyə Ərəbistanına qarşı beşinci çəkindirici əməliyyatına başladı.

 

Bu əməliyyatda Əl-Riyad hava limanı və iki cənubi şəhərdə yerləşən Əbha və Xəmis həssas bölgələr raket və pilotsuz təyyarələrin hədəfinə çevrildi.

 

 

 

Teqlər