Livan xalqı iqtisadi vəziyyətə etiraz etməkdə davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374216-livan_xalqı_iqtisadi_vəziyyətə_etiraz_etməkdə_davam_edir
Livanlı etirazçılar ölkənin iqtisadi durumuna etirazın davamında Beyrutun və Livanın bəzi digər şəhərlərinin küçələrinə çıxaraq, aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2021 17:23 Asia/Baku
  • Livan xalqı iqtisadi vəziyyətə etiraz etməkdə davam edir

Livanlı etirazçılar ölkənin iqtisadi durumuna etirazın davamında Beyrutun və Livanın bəzi digər şəhərlərinin küçələrinə çıxaraq, aksiya keçiriblər.

SəhərAzəri xəbər verir, Livanın müxtəlif bölgələri dünən gecə də xalqın, dolların qiymətinin qalxmasına və ölkənin məişət durumuna etirazının şahidi olublar.

Livanda xalq etirazlarının yeddinci günündə etirazçılar bəzi şəhərlərdə yolları və keçidləri bağlayıblar.

Livanda etirazların yeni dalğası bu ölkənin iqtisadi durumunun böhranlı olmasının ardınca, yəni ötən həftənin çərşənbə axşamı günündən bərpa olunub.

Livan hökumətini təşkil etmək tapşırığını almış Mustəfa Ədib ötən ilin sentyabr ayının sonlarında ona verilən tapşırıqdan vaz keçdi və Livanda Əlmustəqbəl cərəyanının rəhbəri Səəd Əlhəriri bu ölkənin prezidenti tərəfindən Livanın yeni nazirlər kabinetini təşkil etmək tapşırığını aldı. Amma bir neçə ayın keçməsinə rəğmən, Əlhəriri hələ də öz kabinetini təşkil və ya hətta parlamentə təqdim edə bilməyibdir.