Yəmən ordusunun hərbi potensialını artırması ABŞ və sionist rejimi narahat edir
Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutu Yəmən ordusunun hərbi potensialını artırmasının ABŞ və sionist İsrail rejimini narahat etdiyini bildirib.
SəhərAzəri xəbər verir ki, Vaşinqtonun Yaxın Şərq Araşdırmaları İnstitutu tərəfindən aparılan “Yəmənin Cənubi Hizbullahı: Husi raketlərinin nəticələri və pilotsuz təyyarələrin inkişafı” adlı araşdırma Amerika rəhbərliyini Səna hökumətinin tabeliyindəki Yəmən ordusuna qarşı tədbir görməyə dəvət edib.
Səudiyyə rejiminin koalisiyasının hücumlarına qarşı müqavimət təşkil edən və Səna hökumətinin qurulmasına rəhbərlik edən Ənsarullah hərəkatının bölgədə varlığının Yəmən müharibəsini aşan meydan oxuma kimi qiymətləndirilməli olduğunu qeyd edilən araşdırmada, Yəmən tərəfindən Səudiyyə rejiminin ərazisinə son hücumların işığında, Yəmən silahlı qüvvələrinin raket və PUA istehsal sənayesinin inkişafına diqqət yetirilib.
Araşdırma amerikalı diplomatları və hərbi vəzifəliləri Yəmən silahlı qüvvələrinin gücünün gələcəkdə Amerikaya verə biləcəyi təhlükələrdən xəbərdar edib.
Bundan əlavə, araşdırma raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hədəf mənzillərinin inkişaf etdirilə biləcəyinə diqqət çəkib və Yəmən silahlı qüvvələrinin İsrail rejimini vuracaq gücə nail ola biləcəyini bildirib.
Yekunda, araşdırmada ABŞ rəhbərliyinə xalq komitələrinin və Yəmən ordusunun Məaribdəki mümkün qələbəsinə qarşı xəbərdarlıq edilib.
Ənsarullahın əldə edəcəyi qələbə və ya bərabərliyin onları yeni bir Hizbullah olaraq bölgədə yerləşdirəcəyi vurğulanıb.deyerler.org