Aİ çağırış etdi
Avropa İttifaqı Qüdsdə gərginliyi azaltmağa çağırıb
Avropa İttifaqı cümə günü Əl-Əqsa məscidinin həyətində İsrail rejimi hərbçiləri ilə fələstinlilər arasında baş verən şiddətli toqquşmaları qınayıb və gərginliyi dərhal azaltmağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə koordinatoru Cozep Borrel bir bəyanatda bildirib ki, zorakılıq və zorakılığa təhrik etmə yolverilməzdir və səbəbkarlar məsuliyyəti öz üzərlərinə götürməlidirlər".
O, əlavə edib: "Avropa İttifaqı İsraili gərginliyi azaltmaq üçün dərhal hərəkətə keçməyə çağırır".
Avropa İttifaqının baş diplomatı sözlərinin davamında deyib: "Hər iki tərəfin siyasi, dini və icma rəsmiləri təmkinli və məsuliyyətli olmalıdırlar və partlayışın astanasında olan hazırkı vəziyyəti sakitləşdirmək üçün bütün səylərini səfərbər etməlidirlər".
Avropa İttifaqı, həmçinin yəhudi qəsəbə sakinlərini yerləşdirmək məqsədilə Şərqi Qüdsün Şeyx Cərrah və digər məhəllələrindən fələstinli ailələrin qovulması ilə bağlı ciddi narahatlıq ifadə edib.
Cozep Borrel xəbərdarlıq edib ki, bu hərəkətlər beynəlxalq humanitar hüquqa uyğun deyil və yalnız gərginliyi artırır.