May 13, 2021 17:08 Asia/Baku
  • Sionist rejim Qəzzənin müxtəlif bölgələrinə hücumlarını artırdı

Fələstin mediası, Qəzzənin şimalında və mərkəzindəki bölgələrin ağır bombardman edildiyini bildirərək, Sionist rejimin hücumlarının Qəzzədəkimühüm infrastrukturlara və yollara yönəldiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzadəki xəbər mənbələri Sionist rejimin cümə axşamı gecə saatlarından etibarən Qəzzənin şimalında, mərkəzində və cənubunda ağır hava hücumları və artilleriya hücumları həyata keçirdiyini söyləyib.

Fələstinin Şahab xəbər agentliyi Qəzzadəki Milli İslam Bankının və digər maliyyə qurumlarının binasının sionist rejiminin bombardmanına məruz qaldığını bildirib.

“Düşmən İsrail rejiminin təyyarələri, Cəbaliya və Şeyx Zayed də daxil olmaqla Qəzzədəki müxtəlif bölgələri hədəf alır. Təkcə Şeyx Zayed bölgəsi bu dəqiqələrdə 30 dəfədən çox hədəf alındı. Sionist rejimin döyüş təyyarələri Qəzzənin vilayətlərini birləşdirən əsas yolları da hədəf alır”.

Fələstin mediası, İsrail rejiminin hücumlarının Qəzzənin əsas infrastruktur və yollara yönəldiyini bildirib.

Sionist rejimin döyüş təyyarələri Qəzzənin şimalındakı Təhsil Meydanı yaxınlığında Daxili Təhlükəsizlik Qərargahına hücum edib.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra son hücumlar da daxil olmaqla ümumilikdə 16-sı uşaq və 5-i qadın olmaqla Qəzzədə şəhid olan fələstinlilrin sayının 65-ə, yaralananların sayının isə 365-ə yüksəldiyini bildirib.

Bununla birlikdə, Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat Otağı, Sionist düşmənin Qəzzadəki mülki insanları hədəf alması üçün böyük bir əvəz ödəyəcəyini bildiriblər.

Teqlər