Qərb sahilində 12 fələstinli həbs edilib
-
12 fələstinli həbs edilib
Sionist rejim hərbçiləri bir daha İyordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, bir neçə fələstinlini saxlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist hərbçilər və qəsəbə sakinləri son bir neçə gündə İyordan çayının qərb sahilinin müxtəlif bölgəsinə hücum edərək iki gənc fələstinlini öldürüb, bir neçə nəfəri isə yaralayıb və ya həbs ediblər.
"İRNA"nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, sionist hərbçilər İyordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın edərək, əksəriyyəti gənc olmaqla 12 fələstinlini həbs edib, naməlum yerə köçürüblər.
İyordan çayının qərb sahilində fələstinlilərin həbsi son aylarda əhəmiyyətli dərəcədə artıb.
Sionist rejim bu bölgədə geniş həbslər yolu ilə fələstinlilərin, xüsusən də gənclərin anti-sionist əməliyyatlar keçirməsinə mane olmağa çalışır.