Əsəd: Bu savaş Qərbin əsl simasını göstərdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387055-Əsəd_bu_savaş_qərbin_əsl_simasını_göstərdi
Suriya prezidenti Ukraynada baş verənlərə görə Qərb dövlətlərini qınadı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2022 06:22 Asia/Baku
  • Əsəd: Bu savaş Qərbin əsl simasını göstərdi

Suriya prezidenti Ukraynada baş verənlərə görə Qərb dövlətlərini qınadı.

SəhərAzəri-nin məlumatına əsasən, Bəşar Əsəd deyib: "Qərbin Rusiyaya qarşı diskriminasiyası dünya tarixində görünməmiş bir hadisədir. Qərb hər sözdə yalan danışır."

Onun sözlərinə görə, Qərb beynəlxalq hüququn dəyərsiz olduğunu sübut etdi və qlobal müqavilələrin bütün prinsiplərinin üstündən xətt çəkdi, dünyanı vəhşi meşəyə çevirdi.

Əsəd sonra Qərblə qarşıdurma imkanlarının olduğunu qeyd edib: “Ukraynada münaqişənin başlaması ilə Qərb qlobal miqyasda tarixi dönüş nöqtəsini yaşayır. Qərbin yeritdiyi siyasət - güc siyasəti və dünya nizamının cəngəllik qanununa çevrilməsidir. Ukraynadakı münaqişə Qərb ölkələrinin hakimiyyətlərinin əsl simasını xalqlarına göstərdi”, deyə Suriyanın dövlət başçısı vurğulayıb.