İyul 27, 2022 20:25 Asia/Baku
  • Türkiyənin Mosuldakı konsulluğuna raket zərbələri endirilib

İraq mənbələri çərşənbə günü səhər saatlarında Türkiyənin Mosuldakı konsulluğunun ətrafına iki raketin atıldığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Mənbələrin məlumatına görə, hücum nəticəsində itki yoxdur, lakin türk podratçılara və tərcüməçilərə məxsus bir sıra avtomobillərə ziyan dəyib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib. Türkiyə isə hələlik hadisəni təsdiqləməyib.

"Saberin News" xəbər portalı da Mosulun şərqində türk qüvvələrinin qərargahı olan Zelikan hərbi bazasına beş raket atıldığını təsdiqləyib.

Bundan əvvəl "Səraya Əbabil" qrupu bir video yayaraq, İraqla sərhəd zolağında Türkiyə hərbi bazasına hücum edildiyini bildirmişdi. 

İraq qrupları hücumun Türkiyənin ötən həftə İraqın Dəhuk vilayətinə hücumuna cavab olduğunu söyləyirlər. 

İyulun 20-də yerli media orqanları Türkiyə qüvvələrinin İraqın şimalına hücumu zamanı Dəhuk vilayətindəki kurort bölgəsinə artilleriya zərbələri nəticəsində azı 9 turistin həlak olduğunu bildiriblər. 

Teqlər