İyul 28, 2022 12:50 Asia/Baku
  • Bərhəm Saleh
    Bərhəm Saleh

İraq prezidenti etirazçıların bu ölkə parlamentinə girişinə reaksiyada cəmiyyətin sülhü və təhlükəsizliyinə təsir göstərən çəkişmələrin hər cür şiddətlənməsindən çəkinmənin və asayişə riayətin vacibliyinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən axşamçağı onlarla nəfər İraqın baş naziri postuna təklif olunan seçimə etiraz olaraq, Bağdadın Əl-Təhrir meydanına gəlib.

Aksiyaçılar Əl-Təhrir meydanına toplaşdıqdan bir saat sonra Bağdadın Yaşıl rayonuna doğru hərəkət ediblər. Onlar mövcud beton divarları dağıtdıqdan sonra güclü şəkildə qorunan əraziyə daxil olublar.

İraqın prezidenti Bərhəm Saleh bu gün səhər saatlarında yaydığı bəyanatda bildirib: Dinc aksiya, qayda-qanunlara riayətlə əqidənin ifadə olunması, təhlükəsizliyin və ictimai əmlakın qorunması və hər şeydən əvvəl, təmkinlilik və milli mənafeyin irləlilədilməsi əsas qanunda təmin edilmiş hüquqlardır.

İraq, siyasi qüvvələrin hökumətin təşkil edilməsilə razılaşa bilməməmələrilə müşayiət olunan ötən ilin oktyabr ayında parlament seçkilərinin keçirildiyi zamandan bəri siyasi böhranla üzləşir.

 

Teqlər