Ə.Həkim İraqda siyasi dialoqların başlanması vacibliyini vurğulayıb
İraqda «Milli Hikmət» cərəyanınını rəhbəri bu ölkədəki son olaylar qarşısında siyasi dialoqların başlanması vacibliyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əmmar Həkim qeyd edib ki, siyasi qrup və ortaqların milli təşəbbüsə nail olmaq üçün müzakirə masasının arxasına oturmaları İraqda siyasi çıxılmazlığa son qoymaqla nəticələnməlidir.
«Milli Hikmət» cərəyanınını rəhbəri həmçinin aksiyaçıları dinc toplanışlar keçirməyə, hökumət orqanlarına hörmət və ictimai əmlakı dağıtmaqdan çəkinib, nizam-intizamı qoruyan qüvvələrlə əməkdaşlıq etməyə çağırıb.
İraqdakı siyasi durum, ölkədəki siyasi qüvvələrin yeni hökumətin təşkili, həmçinin prezident və baş nazirin seçilməsi məsələləri üstündə ortaq məxrəcə gəlməmələri nəticəsində və parlament seçkiləri nəticələrinin elan olunmasından səkkiz aya yaxın bir müddətin keçməsi, habelə Sədr cərəyanının siyasi prosesdən kənara çəkilməsinə rəğmən, günü-gündən mürəkkəbləşir.