İraqın maliyyə naziri istefa verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392226-İraqın_maliyyə_naziri_istefa_verib
İraqın maliyyə naziri Əli Əlavi bu ölkə hökumətinin bugünkü iclasında öz istefa ərizəsini İraqın baş naziri Mustafa Əlkazimiyə təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2022 14:02 Asia/Baku
  • İraqın maliyyə naziri istefa verib

İraqın maliyyə naziri Əli Əlavi bu ölkə hökumətinin bugünkü iclasında öz istefa ərizəsini İraqın baş naziri Mustafa Əlkazimiyə təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əl-Kaziminin razılaşdığı qeyd olunan istefanın səbəbi hələ elan olunmayıbdır.

Əl-Kazimi İraqın neft naziri Ehsan Əbdülcabbarı müvəqqəti olaraq maliyyə nazirliyinin başçısı təyin edib.

İraqın “Əl-Əhd” telekanalı bildirib ki, Əli Əlavinin istefasının səbəblərindən biri, Əl-Kazimi hökumətinin bank sektorundakı korrupsiyaya məhəl və ona son qoymamasıdır.