Təcavüzkarlar nəhəng gəmi ilə Yəmənin 2 milyon barrel neftini oğurlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392337-təcavüzkarlar_nəhəng_gəmi_ilə_yəmənin_2_milyon_barrel_neftini_oğurlayıblar
Yəmənli bir mənbə nəhəng bir gəminin "Həzrəmut" əyalətindən Yəmənin təxminən iki milyon barrel xam neftini talan etdiyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 20, 2022 10:08 Asia/Baku
  • Təcavüzkarlar nəhəng gəmi ilə Yəmənin 2 milyon barrel neftini oğurlayıblar

Yəmənli bir mənbə nəhəng bir gəminin "Həzrəmut" əyalətindən Yəmənin təxminən iki milyon barrel xam neftini talan etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, mənbə Yəmənin "SƏBA" rəsmi xəbər agentliyinə izah edib ki, cümə axşamı Yəmənin Həzrəmut əyalətindəki Əl-Zəbbə limanından dünən yola çıxan nəhəng "MARAN CANOPUS" gəmisi təxminən iki milyon barrel xam nefti talan edib. 

Mənbə əlavə edib: "Nəhəng gəmi avqustun 6-da Əl-Zəbbə limanına gəlib və ümumi dəyəri 200 milyon dollar olan təxminən iki milyon barrel xam neft yükləyib. 

Mənbə qeyd edib ki, Yəmənin xam neftinin talan edilməsi təcavüzkarlar və onların muzdluları tərəfindən Yəmənin sərvətlərinin mütəşəkkil şəkildə talan edilməsi istiqamətində həyata keçirilir. 

Naviqasiya saytlarının məlumatına görə, bu gəmi yükünü boşaltmaq üçün Çinin "Rijao" limanına gedib.