Yəhudi saytı: Ərəblərin 84%-i sionist rejimlə diplomatik əlaqələrə qarşıdır
14 ərəb ölkəsində aparılan rəy sorğusunun nəticələri göstərir ki, ərəblərin orta hesabla 84 faizi ölkələrinin sionist rejimlə diplomatik əlaqələrinə qarşıdır.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İngiltərənin "Jewish News" saytı məlumat yayıb.
Portalın məlumatına əsasən, bu rəy sorğusunda daxili və beynəlxalq məsələlərlə bağlı geniş suallar verilib və respondentlərin təxminən 72%-i öz ölkələrində demokratik hökumətin olmasını istəyib.
Sionist rejimə gəlincə, respondentlərin 84%-i bu rejimin ölkələri tərəfindən tanınmasının əleyhinə olduqlarını bildiriblər.
Sorğunun davamında Səudiyyə Ərəbistanı sakinlərinin 38%-i sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxıb, 57%-i isə bu ölkə rejimindən qorxduqları üçün sorğuya cavab verməkdən imtina ediblər.