Yan 17, 2023 20:44 Asia/Baku
  • Sionist rejim akademiklərinin Netanyahunun siyasətlərinə etirazı

Binyamin Netanyahunun hökumətinin siyasətlərinə qarşı etiraz aksiyaları işğal olunmuş ərazilərin müxtəlif şəhərlərindəki universitetlərə genişlənib.

"SƏMA" xəbər agentliyinin məlumatına görə, on minlərlə tələbə Təl-Əviv, Qüds və Hayfa və Ber Əs-Səbada sionist rejimin baş naziri Benyamin Netanyahu hökumətinə və onun siyasətlərinə, o cümlədən məhkəmə sistemini zəiflətməsinə qarşı nümayiş keçirib.

"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, sionist rejim universitetlərinin tələbələri bu rejimin məhkəmə və hüquq sistemində islahatların aparılmasını tələb edirlər. 

İşğal olunmuş ərazilərdəki universitetlərin tələbələri Netanyahunun "Yariv Levini" ədliyyə naziri seçməsini məhkəmə sisteminə və demokratiyaya qarşı çevriliş kimi qiymətləndirirlər.

Bu elə bir haldadır ki, sionist rejim prezidenti İshaq Hersoq da bu rejimin baş naziri Benyamin Netanyahu ilə müxalifət arasında sionist icmasını parçalayacaq fikir ayrılıqları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son bir neçə gündə işğal altında olan Təl-Əviv, Hayfa və Qüds şəhərlərindən 100 min sionist küçələrə çıxıb ki, bu da Netanyahu hökumətinin ötən ayın sonunda vəzifəyə başlamasından bəri işğal olunmuş ərazilərdə keçirilən ən böyük nümayişdir.

Siyasi analitiklərin fikrincə, ifrat sağçı dini sionizm və ultra-pravoslav Haredi partiyalarının hakimiyyətdə olması bir tərəfdən daxili böhran və parçalanmaları daha da gücləndirir və Netanyahunun başçılıq etdiyi hakim koalisiya işğal olunmuş ərazilərdə, İordan çayının qərb sahilində, Qüds və Qəzzə zolağındadaxildə fələstinlilərə qarşı çox ifratçı və faşist yanaşma və siyasətlər yürüdəcək, digər tərəfdən bölgədə gərginliyin artmasına səbəb olacaq.

Teqlər