Noy 04, 2023 15:29 Asia/Baku
  • Hersoq: Dinc sakinlər ölsə də, əməliyyat davam edəcək

Aparteid rejiminin başçısı dinc fələstinlilərə qarşı qəddarlığın davam edəcəyini vurğulayıb.

İsrail prezidenti İshaq Hersoq deyib: “Mülki şəxslərin kədərinin istismar edilməsi ilə əllərimizin bağlanacağını və HƏMAS-a zaman qazandıracağını düşünənlər yanılır”.

Qeyd edək ki, cinayətkar İsrail rejimi Qərb dövlətlərinin himayəsi ilə Qəzzədə 10 minə yaxın mülkini qətliam edib. Ən son məlumata əsasən, sionist rejim qüvvələrinin Qəzzə zolağında yüzlərlə qaçqın fələstinlinin sığındığı məktəbi bombalanması nəticəsində 20-dən çox insan şəhid olub.

Hücum nəticəsində onlarla fələstinlinin də xəsarət aldığı bildirilib.