May 09, 2024 16:04 Asia/Baku
  • Sionistlər getdikcə zombiləşirlər

Yırtıcı rejim Rəfəhə göydən od yağdırır

Cinayətkar İsrail rejimi Rəfəhə 100-ə yaxın hava hücumu həyata keçirib.

İsrail Qəzzədə törətdiyi dağıntılardan sonra Rəfəh şəhərinə üz tutub. Rəfəhdə hücumlar həyata keçirən işğalçı İsrail qüvvələri günahsız fələstinliləri bombalamağa davam edir.

Bu məlumata əsasən, sionist İsrail rejimi ötən bazar ertəsi günündən etibarən Rəfəhdə təxminən 100 nöqtəyə hava hücumu təşkil etdiyini açıqlayıb.

İsrail hərbçilərinin Qəzzə zolağının cənubundakı Rəfəh şəhərində həyata keçirdiyi bombalı hücumda aralarında uşaqların da olduğu onlarla insan şəhid olub və yaralanıb.

Bu arada HƏMAS Rəfəh şəhərinin şərqində sionist İsrail qüvvələri ilə toqquşduqlarını açıqlayıb.

 

 

Teqlər